Saatlıda 21 işçi pambıq tarlasında


Digərləri 10 İyn 2018 23:27:00 274 0

Saatlıda 21 işçi pambıq tarlasında

Zəhərlənənlər Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

Saatlıda tarlada işləyən şəxslər zəhərlənib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə rayonun Smada kəndi ərazisində qeydə alınıb.

Belə ki, pambıq tarlasında işləyən 21 işçi zəhərlənmə diaqnozu ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hətta onlara yardım göstərən feldşer, 1988-ci il təvəllüdlü Mehdiyev Hikmət Mirəli oğlu da zəhərlənib.

İlkin məlumata görə, işçilərin pambıq tarlalarında alaq otlarına qarşı mübarizə aparmaq məqsədi ilə "Formula 5-FEC" kimyəvi dərmanından zəhərləndikləri bildirilir. Artıq bununla bağlı bütün aidiyyati orqanlara məlumat verilib. Rayona Bakıdan həkimlərin göndərilməsi gözlənilir.

Faktla bağlı araşdırma aparılır.