2018ci ilin əsas marketinq trendləri –


Digərləri 10 İyn 2018 23:20:00 246 0

2018ci ilin əsas marketinq trendləri –

Hazırda dünyada marketinq daim dəyişir. Xüsusilə də sosial medianın müasir şəraitində, avtomatlaşdırılmış reklam texnologiyalarında və kütlə analizlərində bunu müşahidə etmək olur.

Son.az facemark.az-a istinadən bildirir ki, brendlər öz hədəf kütlələrinə çatmaq üçün bu marketinq trendlərində baş verən dəyişiklikləri öz işlərində tətbiq etməlidirlər. Çünki, müasir istehlakçı daha çox məlumatlıdır və reklamlara şübhə ilə yanaşır.

Bütün bunları həyata keçirmək üçün sizə hazırki trendləri təqdim edirik:

Virtual reallıq

Virtual reallıq (VR), böyük və kiçik brendlər üçün marketinq aləti kimi getdikcə daha da adiləşir. VR, brendinizin mesaj çatdıra bilməsi və targetinizə çatması üçün əhəmiyyət daşıyır. "Stribling & Associates" şirkətinin rəsmisi Ashley Murphyin fikirincə, VR marketinq bu günün gündəmindədir və şirkətlər də adıçəkilən trendi işlərində tətbiq etməlidirlər.

İnteraktiv məzmun

B2B (Business-to-business) metodu ilə işləyən brendlərin əksəriyyəti özlərinin kontent marketinq strategiyası kimi bloq kontentinə və PDF kontentinə (ağ kağızlar və bələdçilər) etibar edirlər. Onlar isə digər marketinq trendlərində olduğu kimi, bunu potensial müştəri axtarışı üçün edirlər.

Perficient Digital şirkətinin rəhbəri Erin Moloney deyir ki, bu il interaktiv veb üsullar, yəni düşüncə liderliyi məzmununu daha cəlbedici, hərəkətli, vizual yollarla diqqətcil istehlakçıya çatdırılması marketinq trendləri arasında lider olacağı gözlənilir.

Pinterest

"Y Digital Agency" şirkətinin sözçüsü Adam Durfee isə bu fikirdədir ki, "Pinterest" geniş sosialmedia platforması olmasına baxmayaraq, bu ilin marketinq trendləri arasında yer alacağı proqnozlaşdırılır.

Onun sözlərinə görə, məhz "Pinterest" 2018-ci ilin marketinq trendləri arasında uğur qazanacaq: "Foto məzmunun çeşidinin çox olması, platformanın funksiyalarının çoxluğu, müştərilərlə əlaqə saxlamaq və məhsullarınızı yerləşdirmək, müştərilərə xidmət, brendin öz tərzini istehlakçıya çatdırmaq üçün "Pinterest" əla imkan verir".

Süni intellekt

"Frost Valley YMCA" şirkətinin rəsmisi Amanda Hinski isə deyir ki, süni intellekti mənimsəyənlər artıq onun istifadəçi sayını artırmaq üçün bir vasitəsi olduğunu başa düşürlər: "Bununla belə, süni intellektə səhifənin söhbət bölməsi və ya "Facebook Messenger" ilə inteqrasiya edildikdə, brendin daha çox targetinin kreativ və anlaşılabilən olması tələb ediləcək. Süni intellekt hələ də müştərinin ehtiyaclarını və problemlərini bir insan agenti kimi ələ almaq məcburiyyətindədir. Bu, süni intellekt təcrübəsinin müştəriləri məmnun edib etmədiyini aşkara çıxarır".