“Həyat yoldaşım mənimlə evlənmək üçün evdən qaçdı”


Dünya 10 İyn 2018 22:56:00 296 0

“Həyat yoldaşım mənimlə evlənmək üçün evdən qaçdı”

Türkiyədə prezidentliyə namizəd Məral Akşənər ilk dəfə evliliyi barədə danışıb.

Son.az teleqraf.com-a istinadən bildirir ki, xanım siyasətçi həyat yoldaşı Tuncər Akşənərlə sevərək ailə qurduğunu söyləyib. "Həyat yoldaşım mənimlə evlənmək üçün evdən qaçıb. Adam başqa nə etməliydi?", - deyə Məral Akşənər bildirib. Onun sözlərinə görə, evin bütün ehtiyaclarını həyat yoldaşı ödəyir: "Məndən pul almır, məni də o dolandırır. Öz qazandığımı özüm xərcləyirəm. Universitetdə müəllim işləyəndə tələbə qızları oxudurdum. Bunu hamı bildiyi üçün deyirəm. Amma deputat olandan sonra əlimdə universitet maaşından daha az pul gəlir. Çünki siyasətin xərcləri çoxdur".