Zukerberq və Mask kimi insanların istifadə etdiyi metod


Digərləri 10 İyn 2018 22:50:00 431 0

Zukerberq və Mask kimi insanların istifadə etdiyi metod

Müasir dövrdə informasiyaya çıxış olduqca rahatdır, lakin bu informasiyadan tam şəkildə istifadə edib ixtisaslaşmaq çoxlarımız üçün çətin bir prosesdir. Lakin, Zukerberq və Elon Mask kimi uğur qazanmış insanlar gənc yaşlarında necə mütəxəssis oldular? Cavabı: onların qeyri-adi beynə sahib olmaları və ya öyrənməyə normadan artıq vaxt sərf etmələri ilə bağlı deyil... Əslində cavabı: hər kəsin həyatında tətbiq edə biləcəyi asan bir metodu intizamlı bir şəkildə öz həyatlarına inteqrasiya etmələri ilə əlaqədardır.

Son.az moneta.az-a istinadən bildirir ki, elm adamı və yazıçı olan Josh Kauffman-a görə, nəyi istəyirsinizsə - buna misal olaraq, bir musiqi alətində ifa etmək olsun, xarici dil öyrənmək olsun və ya bir mövzu haqqında ixtisaslaşmaq olsun  - bütün bunları 20 saat ərzində öyrənə bilərsiniz.

Josh Kauffman qeyd edir ki, öyrənmə prosesinin uğurla həyata keçməsi üçün bu metodun ilk olaraq intizamlı olaraq tətbiq edilməsi lazımdır. Ona görə, bu öyrənmə metodu ilə ixtisaslaşmaq istədiyiniz mövzuya gündə ortalama 45 dəqiqə ayırmağınız kifayətdir.

Burada əsas məsələ öyrənmə prosesində həqiqətən fokuslanmaq və vaxtınızı sadəcə öyrənmək istədiyiniz mövzu ilə bağlı araşdırmalar edərək keçirtməkdir. Qısacası, 20 saatınızı günlərə bölərək ən məhsuldar şəkildə dəyərləndirməyiniz lazımdır.


Xəbərə aid video