Rusiyada pullu “YouTube” hansı qiymətə olacaq?


Digərləri 10 İyn 2018 22:20:00 267 0

Rusiyada pullu “YouTube” hansı qiymətə olacaq?

"Google" koorporasiyasına daxil olan "YouTube"un iOS əməliyyat sistemini dəstəkləyən versiyasının yeni ödənişli xidməti üçün Rusiya istifadəçilərinin ödəməli olduğu qiymət məlum olub.

Son.az facemark.az-a istinadən bildirir ki, bu yenilik xəbəri "iGuides" nəşrinin də diqqətindən yayınmayıb.

Nəşr yazır ki, yeni əlavələr "YouTube Red" (A) və "YouTube Red" (B) adlanır. "iGuides" qeyd edir ki, "YouTube Red" (A) YouTube Premium funksiyasına, YouTube Red (B) YouTube Music Premium ilə qarşılaşdırmaq düzgündür.

ABŞ-da birinci xidmətə abunə olmaq üçün 10, ikinci xidmətə abunə olmağa görə isə 12 dollarınızdan keçməli olacaqsınız. Rusiyada isə qiymətlər ABŞ bazarı ilə müqayisədə daha aşağı olacaq. Məsələn, birinci və ikinci xidmətin qiyməti müvafiq olaraq 229 və 249 rubla (6,2 və 6,7 dollar-red.) başa gələcək. Android əməliyyat sistemini dəstəkləyən mobil telefonlar üçün isə yeni xidmətin qiymətləri hələ ki, tam bəlli deyil.