Amerika şirkətləri İranda bizneslərini bağlamağa hazırlaşırlar


Digərləri 10 İyn 2018 22:25:00 295 0

Amerika şirkətləri İranda bizneslərini bağlamağa hazırlaşırlar

Onlarla Amerika şirkəti Vaşinqtonun Tehrana qarşı sanksiyaları fonunda İranda öz bizneslərini dayandırmağa hazırlaşır.

Son.az bizplus.az-a istinadən bildirir ki, bu barədə çərşənbə axşamı "The Wall Street Journal" qəzetinin elektron versiyası yazıb.

Onun məlumatına görə, azı 17 ABŞ şirkəti Tehranla atom sazişi bağlandıqdan sonra öz xarici filialları vasitəsi ilə İranla biznes əlaqələri qurmuşdu.

ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasının məlumatına görə, həmin şirkətlərin bu dövr ərzində gəlirləri 176 milyon dollar təşkil edib. Bundan əlavə, İranla ABŞ-ın çoxsaylı kiçik özəl şirkətləri də işləyir ki, onlar öz gəlirlərini Komissiyaya açıqlamaq məcburiyyətində deyillər.