Qlobal eticarətdə istehlakçı haqqları


Digərləri 10 İyn 2018 21:40:00 230 0

Qlobal eticarətdə istehlakçı haqqları

E-ticarət saytlarından mal və ya xidmət sifariş edən zaman diqqət etməli olduğunuz nüanslar var. Günümüzdə ən önəmli şirkətlərin belə e-ticarətə yönəldiyini düşünəndə anlamaq olur ki, niyə istehlakçı haqqlarını qorumaq labüddür.

Son.az facemark.az-a istinadən bildirir ki, əgər istehlakçılar haqqlarını bilirsə, e-ticarət saytlarından istifadə edən zaman qaydalara əməl edirlərsə təhlükəsizlik problemi də aradan qalxmış olur. Bununla e-ticarət saytlarını idarə edənlər də daha diqqətli olacaqlar.

Yayınma haqqı:

E-ticarətdə qaydalar haqqında, həm "İstehlakçıların Qorunması" qanunda, həm də "Məsafəli Satışların İdarəedilməsi" haqqında qanunda geniş məlumat verilib. Amma təəssüf ki, bir sıra müştərilər bu qanunlar və onların tələbləri haqqında xəbərsizdirlər.

Yayınma haqqı ilə istehlakçı, mal və ya xidməti heç bir səbəb bildirmədən, təslim aldığı tarixdən etibarən 14 gün içərisində geri qaytara bilər.

Alıcı satıcıya bu xəbərdarlığı çatdırılma tarixindən etibarən 14 gün içində etməli, satıcı da alıcının bu tələbini aldıqdan sonra ən geci 10 gün içində, alıcıya hər-hansı bir əlavə ödəniş tələb etmədən məhsulu geri qaytarmalıdır.

Yayınma haqqı təbii ki, hər məhsula aid deyil. Şirkətlər bu məsələləri özəlliklə "Məsafəli Satış Sözləşməsin"də bildirməlidirlər. Yayınma haqqının keçərli olmadığı məhsullar:

- Şəxsə özəl olaraq istehsal olunan və ya özəl vəziyyətə gətirilən məhsullar;

- Xüsusiyyət etibarilə geri göndərilməyə əlverişli olmayan məhsullar (İç geyimləri, çimərlik geyimi, kosmetika məhsulları kimi gigeyinik qaydalara əməl etməli olduğumuz məhsullar, məhsulun açılmamış və istifadə olunmaması);

- Alıcı tərəfindən açılmış olan səs və ya görüntü qeydləri (DVD, CD, kaset və başqaları) və çap məhsulları (kitab, jurnal və s). Yazılım proqramları və kompüter aksesuar vasitələri;

- Tez xarabolma təhlükəsi olan və ya son istifadə tarixi keçmə ehtimalı olan məhsullar.

- Qiyməti birja və ya təşkilatlanmış digər bazarlarda təyin olunan məhsullar (külçə, zinət qızıl/gümüş kateqoriyasındaki bütün məhsullar və s.)