Bakıdakı dünya çempionatını izləmiş gözəllər FOTO


Digərləri 10 İyn 2018 21:21:00 283 0

Bakıdakı dünya çempionatını izləmiş gözəllər  FOTO

Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatı başa çatdı.

Son.az oxu.az-a istinadən bildirir ki, iyunun 5-dən 9-na kimi keçirilmiş dünya çempionatında əsasən Avropa və Amerika qitəsindən olan uşaq, yeniyetmə, gənc, elit və veteran velosipedçilər iştirak etdi.

Məhz bu üzdən ölkəmizə çoxlu sayda bu qitələrdən tamaşaçı gəlmişdi. Əvvəla onu qeyd edək ki, birgünlük biletlər böyüklər üçün 38, uşaqlar üçün 12 manat nəzərdə tutulmuşdu. Ancaq dünya çempionatının bütün yarış gününə bilet almaq istəyənlər üçün qiymətlərdə güzəşt olunurdu. Belə ki, həftəlik qiymətlər böyüklər üçün 152 manat idisə, uşaqlarda bu qiymət 50 manat idi.

Yarışın keçirildiyi Şıxov qəsəbəsində yerləşən Veloparkda tamaşaçılar üçün hər cür şərait yaradılmışdı. Üzünü boyamaq istəyən 5 manatından, belində ölkəsinin böyük bayrağını əks etdirmək istəyən isə 15 manatından keçməli idi. Havanın isti olduğunu nəzərə alsaq, tamaşaçılar üçün su, pivə, çayların satışı da təşkil edilmişdi. Həmçinin müxtəlif qidalar da tamaşaçılar üçün satışa qoyulmuşdu.