Şəmkirdə tövlə uçdu: 140 baş iribuynuzlu heyvan


Digərləri 10 İyn 2018 21:16:00 361 0

Şəmkirdə tövlə uçdu: 140 baş iribuynuzlu heyvan

Şəmkirdə fərdi təsərrüfatda saxlanılan 140 baş qoyun tələf olub. Xırdabuynuzlu heyvanlar tövlənin dağılması nəticəsində kütləvi şəkildə qırılıb. Ölən heyvanların xüsusi qazılmış çalalarda basdırılması baytarların nəzarəti altında aparılır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, güclü yağışa dözməyən köhnə tövlə uçub. Həmin vaxt içəridə olan 299 qoyundan 140-ı dağıntılar altında qalaraq tələf olub.

Hadisə Şəmkirin Abbaslı kəndi yaxınlığındakı təsərrüfatda qeydə alınıb. Təsərrüfat sahibi Arzu Məmmədovun sözlərinə görə köhnə tövlənin torpaq damı 2 gün əvvəl başlayan güclü yağıntı nəticəsində ağırlaşıb və tikili yükə tab gətirə bilməyib.

Hadisə baş verdikdən sonra heyvanları dağıntılar altından çıxarmaq üçün qohum və qonşular köməyə gəlib.


Xəbərə aid video