Bakının bu çimərliyi təmizlənir VİDEO


Digərləri 10 İyn 2018 21:04:00 214 0

Bakının bu çimərliyi təmizlənir  VİDEO

Çimərlik mövsümünün başlaması ərəfəsində İDEA İctimai Birliyi və Təmiz Şəhər Açıq Səhmdar Cəmiyyəti birgə aksiya keçirib. Aksiyanın məqsədi çimərlik ərazilərindəki məişət tullantılarını təmizləməkdir. 300-dən artıq gəncin iştirak etdiyi tədbirdə 5 tona yaxın tullantı toplanıb

Son.az xezerxeber.az-a istinadən bildirir ki, sanitar ləvazimatlarla təchiz olunan gənclər dəniz sahilindəki məişət tullantılarını toplayırlar.

Əraziyə cəlb olunan xüsusi texnika isə toplanan zibilləri bir mərkəzə daşıyır. Görüntülər IDEA İctimai Birliyi və "Təmiz Şəhər" Açıq Səhmdar Cəmiyyətinin birgə təşkil etdiyi növbəti təmizlik aksiyasındandır. Bu dəfə yüzlərlə gənc məişət tullantıları ilə dolub-daşan bu Buzovna çimərliyini təmizləyiblər. Aksiyada həmçinin Gənclər Fondu və BMT-nin Azərbaycan Nümayəndəliyinin əməkdaşları da iştirak edib.

Aksiya iştirakçıları çimərlikdən 5 tona yaxın tullantı toplayıblar. Gənclər həmçinin çimərlikləri zibilləyənlərəöz tövsiyyələrini veriblər

Aksiya zamanı toplanan tullantılar Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna aparılıb.


Xəbərə aid video