Qaxda velosipeddən yıxılan gənc xəsarət alıb


Digərləri 10 İyn 2018 20:39:00 238 0

Qaxda velosipeddən yıxılan gənc xəsarət alıb

Qaxda velosipeddən yıxılan gənc oğlan xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında rayonun Qaxbaş kəndində baş verib.

Qax sakini, 1997-ci il təvəllüdlü Abdurrəhim Məhəmməd oğlu Məhəmmədov idarə etdiyi velosipeddə yaranan nasazlıq nəticəsində idarəetməni itirərək velosipedi yol kənarına çırpıb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 21 yaşlı gənc Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Baş nahiyəsindən xəsarət alan A.Məhəmmədova ilkin yardım göstərilib. Onun başına tikiş qoyulub və cərrahiyə şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti orta-sabitdir.