10 evdən oğurluq


Digərləri 10 İyn 2018 20:44:00 244 0

10 evdən oğurluq

Sumqayıt şəhərində baş verən silsilə oğurluq hadisələrinin üstü açılıb.

Son.az publika.az-a istinadən xəbər verir ki, "102-Zəng Mərkəzi" Xidmətinə müraciət edən K.Balakişiyeva Ceyranbatan bağlar sahəsindəki evindən oğurluq edildiyini bildirib.

Məlumatla əlaqədar Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və iyunun 3-dən 7-dək olan müddətdə evdən 50 metr elektrik naqili və məişət əşyalarının oğurlandığı məlum olub.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən şəxsi müəyyən edərək saxlayıblar.