Çinin texnologiya nəhəngi Türkiyə bazarına gəlir?


Digərləri 10 İyn 2018 20:20:00 272 0

Çinin texnologiya nəhəngi Türkiyə bazarına gəlir?

Çinin texnologiya nəhəngi "Xiaomi" məhsulların onlayn tədarükçüsü "GearBest" ilə əməkdaşlığı nəticəsində Türkiyə bazarına gəlir.

Son.az facemark.az-a istinadən bildirir ki, "Xiaomi" məhsullarının qiymətinin hər cibə münasib olması, onu istehlakçılar arasında məşhurlaşdırıb.

Məlumata görə, marka Fransa, İtaliyada açdığı "Mi Store" mağazalarından sonra Türkiyə bazarına giriş edəcək.

Türk mətbuatı yazır ki, iyunun 6-dan 10-dək İstanbulda "Video Oyunları və Texnologiya Sərgi"sində (Games Week 2018) "Xiaomi" "GearBest" ilə ortaq stend açacaq. Marka forum çərçivəsində Türkiyə bazarına addım atacağı ilk cihazı "Redmi S2" modelini təqdim edəcək.