Azərbaycana xarici investorların cəlb edilməsi üçün proqram hazırlanır


Digərləri 10 İyn 2018 20:27:53 253 0

Azərbaycana xarici investorların cəlb edilməsi üçün proqram hazırlanır

"Yüksək Texnologiyalar Parkı" MMC Azərbaycana xarici investorların cəlb edilməsi üçün proqram hazırlayır. Bu barədə Trend-ə MMC-dən bildiriblər.

Bakı. Hüseyn Vəliyev - "Yüksək Texnologiyalar Parkı" MMC Azərbaycana xarici investorların cəlb edilməsi üçün proqram hazırlayır. Bu barədə Trend-ə MMC-dən bildiriblər. Agentliyin müsahibinin sözlərinə görə, söhbət xarici şirkətlər üçün ölkədə istehsalatın təşkili üçün əlverişli şərait yaradılmasından gedir: "Bu proqrama əsasən xarici şirkətlər sənaye parkları üzrə rezidentlər üçün nəzərdə tutulan bütün güzəştlərdən (vergi və gömrük) istifadə edə biləcəklər. Bizim planlarımıza potensial istehsalçıların ölkəyə cəlb olunması daxildir və ölkədə yüksək texnoloji məhsulların istehsalı üçün ən münasib yer isə Yüksək Texnologiyalar Parkıdır".