İlk pulunu qəzet sataraq qazanan multimilyarder


Digərləri 10 İyn 2018 20:10:00 292 0

İlk pulunu qəzet sataraq qazanan multimilyarder

Şeldon Adelson amerikalı sahibkar və biznesmen idi. O planetimizdə ən zəngin insanlardan biri hesab olunur. Eyni zamanda dünyada ən varlı yəhudisidir. Şeldon Adelson dünyada ən məşhur kazino və böyük otellər şəbəkəsi olan "Las Vegas Sands Corp.,"- un əsas sahibi və direktor şurasının nümayəndəsidir. Bununla yanaşı o bir neçə sərgi mərkəzlərinin sahibidir. Məhz Adelson Amerikada sərgi mərkəzi açan ilk şəxs idi və o günə qədər ABŞ-da bütün belə təşkilatlar dövlətin mülkiyyətində idi.

Şeldon Adelson müxtəlif sferalar üzrə 50-dən çox şirkət yaratsa da, son da o kazino və otellər üzərində dayandı. Bu sahə həmçinin biznesin ən perspektivli və gəlirli istiqamətlərindən biridir.

Fəaliyyət sahəsi

Son.az bizplus.az-a istinadən bildirir ki, 1979-cu ildə Computer Systems News kompüter jurnalı vasitəsilə Adelsona kompyuter komponentləri istehsal edənlər üçün sərgi mərkəzinin yaradılması ideyası gəldi. O dövrdə belə bir mərkəz fəaliyyət göstərmirdi. Öz yaradıcı fikirləri bu dəfə də onu yarı yolda qoymadı və Comdex adında sərgi mərkəzinin və eyniadlı şirkətin yaradılması ilə nəticələndi. 1988-ci ildə 8 ay müddətinə sərgi üçün meydançalar tikildi. Las-Veqas şəhəri ABŞ-ın müxtəlif yerlərində istifadə olunmuş malların sərgisi keçirilən məkana çevrildi.

Eyni zamanda 1988-ci ildə Adelsonun şirkəti The Sands Hotel & Casino-nu aldı. Növbəti il isə Adelson və onun həmkarları yeni The Sands Expo Convention Center adlı yeni sərgi mərkəzi açdılar. Andelsonun bu fəaliyyətləri ABŞ-ın sərgi sənayesində Las-Veqasın mövqeyini gücləndirdi.