Gədəbəydə iki avtomobil toqquşub, yaralılar var


Digərləri 10 İyn 2018 19:49:00 282 0

Gədəbəydə iki avtomobil toqquşub, yaralılar var

Gədəbəydə 2 avtomobil toqquşub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə rayonun Düzyurd kəndində baş verib.

"Niva" markalı avtomobillə "Jiquli" markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər - Şəmkir rayon sakini, 1998-ci il təvəllüdlü Əşrəfli Zamin Zakir oğlu, Gədəbəy rayon sakinləri: - 1984-cü il təvəllüdlü Cəfərov Afiq İsmayıl oğlu, 1965-ci il təvəllüdlü Musayev Firdovsi İslam oğlu, habelə daha bir nəfər yaralanıb. Dördüncü yaralı özəl xəstəxanaya aparılıb.

Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.