30 yaşına kimi uğur qazanmamış 5 sahibkar


Digərləri 10 İyn 2018 19:50:00 295 0

30 yaşına kimi uğur qazanmamış 5 sahibkar

Bu 5 uğurlu sahibkar güman ki, Böyük Britaniyanın 2-ci dünya müharibəsində baş naziri olmuş Uinston Çörçillin "Əsla, əsla, əsla təslim olma" tövsiyəsinə qulaq asıblar.

Əgər yaşınız 30-dan çoxdursa, müasir startapçıların çox gənc olduqlarına görə, ideyalarınızı həyata keçirmək üçün çox gec qaldığınızı düşünə bilərsiniz. Tez-tez mediada və ya saytlarda milyardlarla dollar sərvət qazanan 20 yaşlarda olan gənc sahibkarların uğur hekayələrini dinləyirik və ya oxuyuruq.

Eyni zamanda 30 yaşa qədər demək olar ki, pulu və ya uğurlu karyerası olmayan və 30 yaşdan sonra həyatlarını dəyişdirən bir işə başlamağı bacaran insanlar əlbəttə var.

Beləliklə, 30 yaşdan sonra uğur əldə etmiş sahibkarların bir neçəsinin hekayəsini təqdim edirik:

1. Tim Westergren

"Pandora"nın təsisçisi Tim Westergren 35 yaşına qədər ona böyük uğur qazandıran işə hələ başlamamışdı. Bəs, o yaşa qədər nə edirdi? Müxtəlif illərdə hippi, uşaq baxıcısı və yarım ştatlı musiqi bəstəkarı olaraq işlədi. 1990-cı illərin sonlarında kinolar üçün musiqi bəstələyirdi.

Lakin, yeni karyerası Tim üçün kifayət qədər pul qazandırmırdı. Buna baxmayaraq, Tim 1990-cı illərin sonunda "Music Genome" proyektinə start verməsi sonralar uğurlu bir ideyanın təməli oldu. 2007-ci ilə qədər "Pandora"nı təsis etməyən Tim 2010-cu ildə "Time" jurnalı tərəfindən dünyanın ən nüfuzlu 100 insanından biri seçildi.

2. Milton Hershey

Xaricdə olanlar və ya "duty-free" alış-veriş edənlər bir şokolad markasının üzərində bu soyadı görə bilərlər. Milton Hershey öz soyadı ilə bağlı şirkəti olan "Hershey"i 37 yaşından sonra təsis etmişdi. Təxminən, 13 yaşlarında ikən Hershey məktəbi buraxaraq şirniyyat sexində işləməyə başladı. Daha sonra, borc alaraq öz şəxsi şirniyyat mağazasını açdı, amma 5 ildən sonra müflis oldu.

26 yaşında ikən "Lacaster Caramel" şirkətini təsis etdi. 1893-cü ildə 37 yaşına çatan Hershey bütün diqqətini südlü şokoladda cəmləşdirdi və beləcə "Hershey Chocolate Company" təsis edildi.