Qripdən necə qorunmalı?


Digərləri 10 İyn 2018 19:35:00 289 0

Qripdən necə qorunmalı?

Qrip (influenza) - qrip virusunun törətdiyi xəstəlikdir. Bu virusun müxtəlif növləri var. Qrip öskürmə və ya asqırma zamanı hava-damcı yolu ilə digər insanlara ötürülür. Virusun mövcud olduğu səthlərə təmas edilən zaman yoluxma halı yüksəkdir. Ona görə də qrip sürətlə yayıla bilən bir xəstəlikdir.   

Qripin əlamətlərinə yüksək hərarət, əzələ ağrıları, öskürək, başağrısı və xroniki yorğunluq daxildir. Xəstəlik adətən 2-7 gün davam edir. Qripə yoluxan insanların əksəriyyəti tamamilə yaxşılaşır. Bəzən isə, tənəffüs yollarının infeksiyası və ya pnevmoniya ilə bağlı şikayətlər meydana çıxır.   

Son.az saglamliq.isim.az-a istinadən bildirir ki, xəstəliyin ağırlaşmalarına körpələr, yaşlılar, ürək və ya ağciyər xəstəliyindən əziyyət çəkənlər, hamilə qadınlar, eləcə də immun sistemi zəif olan şəxslər arasında daha tez-tez rast gəlinir. Bəzən ağırlaşmalar ölümlə nəticələnə bilər.

Qrip virusunun A, B və C tipli 3 növü var. Daha çox A və B tipli virus əhali arasında geniş yayılıb. Qış fəslində qrip virusunun müxtəlif növləri epidemiyaya çevrilərək, yoluxma ehtimalını artırır. Bu, mövsümi qrip adlanır.  Mövsümi qrip epidemiyası dövründə yayılmış qrip virusuna yoluxma ehtimalı daha çoxdur. Qış aylarında bu dövr əksər hallarda 6-8 həftə davam edir.       

Donuz qripi H1N1v adlı A tipli qrip virusunun ştamı vasitəsilə yaranır və 60 yaşdan yuxarı şəxslərə nisbətən , daha çox uşaqlar və gənclər arasında yayılıb. A tipli virusa yoluxmuş əksər şəxslərdə qripin yüngül formasına uyğun şikayətlər ola bilər. Onlarda həmçinin ishal (diarreya) və ya ürək bulanması müşahidə olunur. Qeyd: quş qripi fərqli və daha kəskindir.     

Mövsümi qrip əleyhinə immunizasiya

Qripə qarşı immunizasiya (qripə qarşı peyvənd) 1 il ərzində mövsümi qripə yoluxma halının qarşısını alır. Qripə qarşı peyvənd olunan hər 10 nəfərdən 7-8-də xəstəliyə qarşı immunitet güclənir. İmmunizasiya hər il adətən, oktyabr və ya noyabr aylarında keçirilir. Bu vaksin, növbəti qış baş verməsi gözlənilən qrip virusu ştamından hazırlanır. Qrip virusu hər il müxtəlif forma aldığından, yeni peyvəndin hazırlanmasına ehtiyac var. Qripə yoluxmamaq üçün hər il peyvənd olunmaq lazımdır.     

Qripə qarşı peyvənd öskürək, soyuqdəymə və qripə bənzər xəstəliklərə səbəb ola biləcək digər viruslu infeksiyanın qarşısını almır. Bu, yalnız növbəti qışda baş verməsi gözlənilən spesifik qrip virusunun qarşısını alır.   

Böyüklər üçün tətbiq olunan vaksində,  adətən,  aktiv qrip virusu olmur. Bu o deməkdir ki, o, qrip və ya digər infeksiyalar yaratmır. Qripə qarşı vaksin tətbiq olunduqdan qısa müddət sonra öskürək və ya soyuqdəymə təsadüf nəticəsində baş verə bilər.

Mövsümi qrip virusu əleyhinə kimlərə vaksin tətbiq olunmalıdır?

Mövsümi qrip spesifik tipli qrip virusu olub, payız fəslində müşahidə olunur. Qripin forması hər il dəyişir. Nəticə etibarilə, potensial qrip növünə qarşı hər il yeni peyvənd hazırlanır. Peyvənd vurulduqdan sonra 14 gün ərzində tam immunitet formalaşır.   

Adətən, Səhiyyə Nazirliyi vaksinin kimlərə tətbiq olunmalı barədə tövsiyələr verir. Burada əsas məqsəd qriplə xəstələnmənin ehtimalı çox olan şəxslərdə yoluxma halının qarşısını almaqdır. Aşağıdakı şəxslərə payız fəslində mövsümi qripə qarşı vaksinin tətbiq olunması tövsiyə olunur:

Yaşı 65-dən yuxarı olan şəxslərə;

Davam edən (xroniki) ağciyər xəstəliyi olanlara, məsələn, xroniki bronxit, emfizema, fibrokistoz və ağır astmadan əziyyət çəkənlərə (müntəzəm olaraq inhalyasiya steroidləri və həblərdən istifadə edən);

Xroniki ürək xəstəliyi olanlara, məsələn, stenokardiya, ürək çatışmazlığından əziyyət çəkənlərə və yaxud nə vaxtsa infarkt keçirənlərə;

Ağır böyrək xəstəliyi olanlara (nefrotik sindrom, xroniki böyrək xəstəliyi, böyrək çatışmazlığı, böyrək köçürülməsi);

Sirroz kimi ağır qaraciyər xəstəliyi olanlara;

Diabet xəstəliyindən əziyyət çəkənlərə;