Kim Trampdan əvvəl baş nazirlə görüşdü


Dünya 10 İyn 2018 19:24:00 276 0

Kim Trampdan əvvəl baş nazirlə görüşdü

Şimali Koreya lideri Kim Çen In Sinqapurun baş naziri Li Syan Lunla görüşüb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, danışıqlar zamanı Kim Çen İn ABŞ prezidenti Donald Trampla keçiriləcək görüşünün təşkilinə görə Sinqapurun Nazirlər Kabinetinin sədrinə təşəkkürünü bildirib.

Görüşdə ikitərəfli əlaqələr, eləcə də Koreya yarımadasındakı son vəziyyət müzakirə edilib. Sinqapurun baş naziri ABŞ prezidenti ilə Şimali Koreya lideri arasında planlaşdırılan görüşün yarımadada, ümumiyyətlə isə regionda sülhə və stabilliyə töhfə verəcəyinə ümid etdiyini bildirib.