Yaponiyada avtomobil supermarketə çırpılıb, çox sayda xəsarət alan var


Digərləri 10 İyn 2018 19:20:00 231 0

Yaponiyada avtomobil supermarketə çırpılıb, çox sayda xəsarət alan var

Yaponiyanın Sibukava şəhərində avtomobil supermarketə çırpılıb

Bakı. Yaponiyanın Sibukava şəhərində avtomobil supermarketə çırpılıb. Trend-in məlumatına görə, hadisə nəticəsində azı 14 nəfər xəsarət alıb, bir nəfər isə huşsuz vəziyyətdədir. Yerli polisin məlumatına əsasən, insident yerli vaxtla təxminən saat 16:00-da baş verib. Avtomobili 55 yaşlı kişinin idarə etdiyi bildirilir.