UEFA PSG ilə bağlı qərarını verib


İdman 10 İyn 2018 18:44:00 318 0

UEFA PSG ilə bağlı qərarını verib

UEFA "Financial fair play"i pozmaqda şübhəli bilinən PSG ilə bağlı qərarını verib. Goal.az xəbər verir ki, qurum parisliləri Çempionlar Liqasından kənarlaşdırmayacaq. Eyni zamanda Fransa çempionuna cəza tətbiq ediləcək. Bununla bağlı müxtəlif variantları nəzərdən keçirən qurumun mümkün cəzaları arasında diskvalifikasiya nəzərdə tutulmur. PSG-nin transfer büdcəsinin məhdudlaşdırılması cəzası ilə üzləşməsi gözlənilir. Daha öncə Galatasaray da analoji cəza almışdı.