Oruc müalicə niyyəti ilə tutulmamalıdır


Digərləri 10 İyn 2018 18:10:00 265 0

Oruc müalicə niyyəti ilə tutulmamalıdır

Oruc - nəfslə mübarizə aparmaqdır. Təsadüfi deyil ki, Peyğəmbər Əgəndimiz (s.ə.v.) nəfslə mübarizəni "böyük cihad" adlandırıb. İçimizdə gəzdirdiyimiz bu düşmənin ən çox qorxduğu silah isə məhz orucdur. Nəfs əbədi səadətə qovuşmaq yolunda insan oğlunun qarşısına çıxan ən böyük əngəllərdəndir.

Oruc - Allahu-Taalanın (c.c.) bəxş etdiyi sonsuz nemətləri əbədi mükafata çevirmək üçün əvəzedilməz fürsətdir. Buna fani nemətlərdan Allahın əmr etdiyi vaxta - iftara qədər imtina etməklə nail olmaq mümkündür. Həmin müddətdə yemədiyimiz yeməklərin, uzaq durduğumuz günahların mükafatı olaraq Allah (c.c.) savabını bilavasitə verəcəyinə vəd verir.

Oruc - səbir və iradə qəhrəmanlarının zəfəridir. Son.az yeniavaz.az-a istinadən bildirir ki, ilboyu dünyəvi işlərə başı qarışan insanlar qarşılaşdıqları problemlərin həllində, bir çox hallarda, səbirsiz davranırlar. Allah (c.c.) nəfs və şeytana, eləcə də fəlakətlərə qarşı mübarizə aparmaq üçün insana iradə gücünü verib. Oruc isə bu gücü, sanki məşq etdirərək daim aktiv vəziyyətə gətirir.

Oruc insanlara qənaətli həyat tərzini öyrədir. Bir ay az vaxt deyil. Bu vaxt ərzində öyrəşdiyimiz həyat tərzini bütün ömrümüzə tətbiq edə bilərik. Zatən hər il təkrarlanan Ramazan-i Şərif bizə kömək edir.