Qadınlarla kişilər arasında


Digərləri 10 İyn 2018 17:50:00 271 0

Qadınlarla kişilər arasında

Son.az gencaile.az-a istinadən kişi ilə qadın arasında 40 əsas fərqi təqdim edir.

1. Kişilər qadınlardan daha aqressiv olub, fiziki güc istifadəsinə çox meyllidirlər. Bu, testosteronla bağlıdır. Qadınlar isə daha çox sözlə hücuma keçir və dillə mübarizə aparırlar.

2. Kişilərin sızanaq problemi daha çoxdur. Bu da daha çox testosteron hormonundan qaynaqlanır. Bu hormon yağ vəzlərini qıcıqlandırır və dəridəki məsamələrin zəifləməsinə, dolayısı ilə sızanaqların yaranmasına gətirib çıxarır.

3. QİÇS xəstələrinin 75 faizi kişi, 25 faizi qadındır. Qadınların daha az QİÇS-ə yoluxmasının səbəbi xəstəliyi daşıyan X xromosomundan iki dənə olmasıdır. Beləliklə, bir xromosom xəstəlik tapsa, digəri ona güc gələ bilir.

4. Qadınlar yüksək səslə danışmağı və səsli düşünməyi sevir, kişilər hər ikisini də ürəyində etməyə üstünlük verir. Buna görə qadınlar kişiləri "hissiyyatsız eqoist varlıqlar" adlandırırlar, kişilər isə qadınları "baş-beyni aparan, zəhlə tökən varlıqlar" kimi görürlər.

5. Kişilərin bədən qoxusu qadınlarınkından kəskindir.

6. İdmanda kişilər qadınlardan daha sürətlidir, amma qadınlar daha dözümlüdür.

7. Kişilərdə 4.5, qadınlarda isə 3.6 litr qan var. Kişi qanı daha tünd konsistensiyalıdır, hər damlasında 1 milyon qan hüceyrəsi var. Kişilərdə 1 kub santimetr qanda 5 milyon qırmızı qan hüceyrəsi var, bu da qadınlarla müqayisədə iyirmi faiz çox deməkdir. Kişilərin təzyiqi də qadınlardan yüksəkdir: 140/88. Qadınlarda 130/80-dir.

8. Qadınlar dərilərinin altındakı yağ təbəqəsinə görə daha yaxşı üzürlər.

9. Qadınlar menopauza dövründə hərarətin qalxması, yuxusuzluq, kökəlmə, gecə tərləmələri və vagina quruluğu kimi əlamətlər yaşayırlar. Kişilər andropoz deyilən yaş dövründə demək olar ki, heç bir fiziki əlamət yaşamırlar.

10. Kişilərin bədən temperaturu qadınlardan daha yüksəkdir. Kişi bədəninin 60-70 faizi sudan ibarətdir. Qadın bədənindəki su nisbəti isə 50-60 faiz arasındadır.

11. Kişilərin çiyinləri daha geniş, qolları və qıçları daha uzun, sümükləri daha ağır, oynaqları da daha böyükdür. Qadınlarda isə omba sümükləri daha geniş, oynaqları daha elastikdir.

12. Qadınların səs telləri daha qısa olduğundan səsləri incədir.

13. Çiyin və omba skeletləri fərqli olduğundan, qadınların ağırlıq nöqtəsi kişilərinkindən daha aşağıdadır.

14. Uğurlu bir kişi arvadının xərcləyə biləcəyindən çox pul qazanan kişidir. Uğurlu qadın belə bir kişini tapa bilən qadındır.

15. Qadınların eşitmə və iybilmə duyğusu daha güclüdür. Kişilər isə işığa qarşı daha həssasdır. Kişi gözü detalları daha yaxşı seçə bilir.

16. Kişilərdə qadınlardakının yarısı qədər yağ toxuması var. Qadınlarda yağ toxuması bədənin 27 faizini təşkil edir, bu göstərici kişilərdə 15 faizdir. Qadın bədənində kişilərdən 3,5 kq daha çox yağ var. Yağ, kişilərdə ən çox qarın bölgəsində yığılır, qadınlarda isə daha çox omba, baldır və göbək ətrafında cəmlənir.

17. Kişilər həyatları boyunca qadınlardan orta hesabla 40 gün daha az xəstələnirlər.

18. Erkək və dişilərdə cəmi 46 xromosom var. Bunların yarısı atadan, yarısı anadan gəlir. Bu 46 xromosomun içindən iki dənə cinsiyyət hormonu vardır: bu kişidə "XY", qadında "XX" hormonlarıdır.

19. Qadınların saçları daha sıx və güclüdür. Saç kökləri iki millimetr daha dərində yerləşdiyinə görə kişilərdəki qədər tez tökülmür.

20. Kişilər qadınlardan 50 faiz daha çox əzələ gücünə malikdir. Həddi buluğa çatanda kişilərdə əzələ hüceyrələrinin sayı 20 misli qədər, qadınlarda isə 10 misli qədər artır. Kişilər qadınlardan 30 faiz daha güclüdür.