Dişləri ağartmır, çürüdür


Digərləri 10 İyn 2018 17:45:00 303 0

Dişləri ağartmır, çürüdür

Dişlərinin ağ görünməsi hər kəsin arzusudur. Bunu stomatoloqların köməkliyi ilə etmək çox baha başa gəldiyindən insanlar təbii üsullara əl atırlar. Bu məqsədlə bir neçə üsuldan istifadə olunur.

Məsələn, soda ilə diş ağartmaq ən populyar metoddur. Bundan başqa, el arasında süfrə duzu da diş ağardıcılarından sayılır.

Həmçinin dişləri ağartmaq üçün 1 çay qaşığı sodanı bir çimdik duzla qarışdıraraq, içinə bir neçə damla sirkə əlavə edib dişə sürtərək, ağardılmasına çalışılır.

El arasında geniş tətbiq olunan metodlardan biri də 3%-li pereksin su ilə qarışdırılaraq, həftədə 3-5 dəfə dişlərə sürtülməsidir.

Aparılan araşdırmalardan sonra bu metodların sağlam dişləri qısa müddət ərzində bərbad hala saldığı üzə çıxıb.