Tbilisidə izdihamlı mitinq keçirilir


Dünya 10 İyn 2018 17:22:00 281 0

Tbilisidə izdihamlı mitinq keçirilir

İyunun 10-da Gürcüstan patlamentinin önündə yenidən mitinq keçirilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki,  "Öldürmə!" devizi altında keçirlən aksiyada müxtəlif şüarlar səslənir, əsasən hökumətin istefası tələb olunur.

Övladı keçən il dekabrın 1-də Tbilisinin Xorava küçəsində qətlə yetirilmiş Zaza Salavidze bildirib ki, Baş nazir Georgi Kvirikaşvili ilə keçirdiyi görüşdə hökumət başçısı cinayət işinin yenidən araşdırılacağını bildirmişdi. Görüşdən on gün keçməsinə baxmayaraq, əsas günahkarlardan heç kim məsuliyyətə cəlb olunmayıb: "Ona görə də hesab edirik ki, bütün olanlardan indiki hakimiyyət günahkardır və istefaya getməlidir".

Aksiyaya müxalifətdə olan siyasi partiyaların nümayəndələri də qoşulublar.


Xəbərə aid fotolar