Ayaqdakı sümük çıxıntısından necə xilas olmalı?


Digərləri 10 İyn 2018 16:53:00 284 0

Ayaqdakı sümük çıxıntısından necə xilas olmalı?

Ayaqlarda baş barmağın deformasiyası və sümük çıxıntısı daha çox qadınlarda müxtəlif səbəblərdən yaranır və insana əziyyət verir: çox dar ayaqqabı, qidalanma, irsi, yastıayaqlıq, revmatizm, artrozlar bu simptoma səbəb olur.

Bu şişdən qurtulmaq üçün ortopedlər xüsusi korrektəedici vasitələr təyin edir, ağır formada isə əməliyyat təyin olunur.

Son.az medicina.az-a istinadən bildirir ki, amma xalq üsulu ilə bu bəladan qurtulmaq üçün vaxtında çarə etmək lazımdır:

-İlk növbədə, orqanizmi artıq duzlardan təmizləmək lazımdır. 1 xörək qaşığı narın dəfnə yarpaqları üzərinə 300 ml su alıb, qaynadılır. Sonra termosa tökülüb, səhərə kimi dəmlənir. Səhər süzülür və gün ərzində az, kiçik qurtumlarla içilib bitirilir. Hər axşamdan təzə məhlul hazırlanmalıdır. Bir kurs 1 aydır.