Otel müştərilərə Aston Martin təklif edir FOTO


Digərləri 10 İyn 2018 16:30:00 278 0

Otel müştərilərə Aston Martin təklif edir  FOTO

Amerikan Waldorf Astoria Beverly Hills mehmanxanası super-lyuks nömrəsini bron edən qonaqlarına pulsuz olaraq Aston Martin superkarından istifadə etməyi təklif edir. Təklif bu ilin mart ayının sonuna kimi qüvvədə olacaqdır. Mehmanxanadakı bir gecə 3400 dollara başa gələcəkdir.

Son.az autograph.az-a istinadən bildirir ki, bu təklifdən yararlanmaq istəyən qonaqlar Aston Martin DB11 və Vanquish S superkarlarından birini seçmək şansına malikdirlər. Eyni zamanda, onlar üçün Los-Anjelesin ən iri ticarət mərkəsi olan Westfield Century City'də pulsuz dayanacaq da  nəzərdə tutulubdur. Mehmanxananın giriş zalında müxtəlif Aston Martin aksessuarlarının satıldığı firma mağazası yerləşir.

Aston Martin Vanquish S modeli gücü 600 at qüvvəsi olan 5,9-litrlik V12 atmosfer tipli mühərriki ilə təchiz edilir. Bildiyimiz kimi, Aston Martin Vanquish S modeli 100 km/saat həddini 3,4 saniyəyə toplayır və 324 km/saat maksimal sürətə malikdir.


Xəbərə aid fotolar