Quran Allahın sənə məktubudur


Digərləri 10 İyn 2018 16:10:00 253 0

Quran Allahın sənə məktubudur

Səhər durub poçtunu yoxlayırsan. Cürbəcür ünvanlardan məktublar alırsan. Biri yazır ki, yaşadığın evin kirayə haqqını aybaay verməsən, bayıra atılacaqsan; biri yazır ki, gələn ayın əvvəlində klinikada müayinədən keçməlisən; biri də vergiləri vaxtında ödəmədiyin təqdirdə cəzalandırılacağını bildirir, biri də şirnikləndirici vədlər verib, əlində-ovcunda olanı səndən almaq istəyir.

Məktubların birindən dəvətnamə çıxır, dostun səni şad günündə onun yanında dayanmağa, nikah şahidi olmağa çağırır, cürbəcür ziyafətlərə, məclislərə, mühazirələri dinləməyə dəvətlər gəlir.

Son.az yeniavaz.az-a istinadən bildirir ki, dəvətinə getməyə vaxt çatdırdığın olur, çatdırmadığın olur, görən kimi sevindiyin, ya da kefinin pozulduğu məktublar gəlir ünvanına.

Hər gün fərqli-fərqli yerlərdən məktublar gəlir ünvanına, açırsan oxuyursan, ya cırıb atırsan, ya da bir tərəfə qoyub saxlayırsan.