Sələmçilik Allaha düşmən olmaqdır


Digərləri 10 İyn 2018 16:20:00 321 0

Sələmçilik Allaha düşmən olmaqdır

Sələmçilik - Allaha düşmən olmaqdır

Sələmçilik, faizlə pul vermək günahdır, haramdır, Allah-Taalanın sevmədiyi işdir, insanlığa zidd olan əməldir. Allah-Taala bu işi haram buyurub.

Sələmçilik - baş kəsməkdir, qan içməkdir, kiminsə düşdüyü aciz vəziyyətdən istifadə edib onun hər şeyini əlindən almaqdır.

Təsəvvür edin ki, birinin övladı qəfil xəstələnir və məcbur olub sələmçinin üstünə gəlir. Sələmçi də faizini üstünə qoyur, aybaay alacağını irəlicədən deyir, pul verir. Həmin adam təcili problemini qaydasına qoya bilsə də, günbəgün, aybaay batmağa başlayır. Sələmi qaytara bilmədiyinə görə ya ailələr dağılır, başçısını itirir, evsiz-eşiksiz qalır...

Allah-Taala bizlərə buyurur ki, ehtiyac sahibinə yardım edək, borc verək.

Son.az yeniavaz.az-a istinadən bildirir ki, Qurani Kərimin "Bəqərə" surəsində buyurulur ki, ehtiyac sahibinə borc verin. Dinimizə görə, ehtiyacı olan qonşuya borc vermək qonşunun boynunun borcudur.

Qurani-Kərim sələm məsələsini şiddətlə rədd edir və görün bu haqda nələr buyurur:

"Sələm (müamilə, faiz) yeyənlər (Qiyamət günü) qəbirdən şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: "Alış-veriş də sələm kimi bir şeydir!" - dedikləri üzündəndir. Halbuki Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağa) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar) Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar.