Türkiyə ordusu Qəndildə terrorçuların 14 hədəfini məhv edib


Dünya 10 İyn 2018 15:44:26 236 0

Türkiyə ordusu Qəndildə terrorçuların 14 hədəfini məhv edib

Şəhərə hava zərbələri endirilib

Türkiyə ordusu İraqın şimalında PKK terrorçularına məxsus hədəflərə havadan zərbələr endirib.

"Report" türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilir ki, nəticədə terrorçulara məxsus 14 hədəf məhv edilib.