Yaponiyada avtomobil supermarketə girib, 14 nəfər yaralanıb VİDEO


Digərləri 10 İyn 2018 15:27:00 211 0

Yaponiyada avtomobil supermarketə girib, 14 nəfər yaralanıb  VİDEO

Yaralılardan biri ölüm ayağındadır

Bazar günü Yaponiyanın paytaxtı Tokiodan şimal-qərbdə yerləşən Sibukava şəhərində avtomobilin supermarketə girməsi nəticəsində 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Kyodo" informasiya agentliyi məlumat yayıb.

Yaralılardan biri ölümcül vəziyyətdədir, daha 9 nəfər vəziyyəti isə ağırdır.