Astma xəstəsi boğaza dərman püskürdərək oruc tuta bilərmi?


Digərləri 10 İyn 2018 14:40:00 300 0

Astma xəstəsi boğaza dərman püskürdərək oruc tuta bilərmi?

Astma xəstəsi boğaza dərman püskürdərək oruc tuta bilərmi?

Bu zamana qədər astma xəstəliyinə qarşı ən effektiv müalicə üsulu məhz sprey dərmanlardan istifadə hesab edilib. Əgər bir müsəlman oruc tutaraq Allahın əmrini yerinə yetirmək istəyirsə və nəfəs tutulmadan qurtulmaq üçün sprey püskürməsindən istifadə edirsə, bunun alternativi yoxdursa, başqa neyləyə bilər ki?

Son.az yeniavaz.az-a istinadən bildirir ki, əgər oruc hansısa xəstəliyin şiddətlənməsinə səbəb olursa, o zaman oruc tutmaq yox, tutmamaq daha doğru yoldur. Kimsə xürafata varmasın, "Allah üçün oruc tuturam"-deyib, Allah-Taalanı imtahana çəkməyə cəhd eləməsin. Allah bizə ağıl verib, üstəlik də bəzi xəstəliklər oruc tutmamaq üçün məzuriyyət buyurulub.

Əslində "bizim" dediyimiz canımız da Allahın bizə bir əmanətidir və kimsənin haqqı yoxdur ki, o əmanəti təxrib eləsin, pozsun, dağıtsın.

Unutmayaq ki, sağlığına qəsd edən insan Allaha bunun hesabını verməli olacaq. Çünki bizim canımız, bədənimiz Allah-Taalanın əsəridir, O, bizi ən gözəl şəkildə yaradıb.