Zöhr namazının vaxtı ilə bağlı hədis


Digərləri 10 İyn 2018 14:45:00 401 0

Zöhr namazının vaxtı ilə bağlı hədis

Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Hava bərk istiləş­dik­də sərin düşənədək namazı təxirə salın, çünki istilərin artması Cəhənnə­min nəfəs almasına görədir - (bir zaman) Cəhənnəm öz Rəb­binə şikayət edib de­miş­dir: "Ey Rəbbim, bir hissəm digər hissəmi yedi!" Rəbbi də ona iki dəfə nə­fəs almağa izn verdi: bir dəfə qışda, bir dəfə də yayda. Bu, sizin il boyu gördü­yü­nüz ən şiddətli isti və ən şiddətli soyuqdur". (əl-Buxari, 537). Bu hədisdə Peyğəmbər (salləllahu aleyhi və səlləm) şiddətli isti olduqda camaat halında və fərdi şəkildə zöhr namazını sərin düşənnədək son vaxtına qədər təxirə salmağı buyurur.

Son.az zikr.az-a istinadən bildirir ki, normal hava şəraitində isə zöhr namazını ilk vaxtında qılmaq daha fəzilətlidir. Cabir ibn Səmurə (Allah ondan razı olsun) deyir ki: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) zöhr namazını günəş zenit xəttini keçdikdə qılardı". (Muslim). Namazın vaxtlarına gəlincə, bu hədis namazın vaxtlarını izah edən ən səhih hədisdir. Cabir ibn Abdullah (Allah ondan razı olsun) deyir ki: "Cəbrail (aleyhis-sələm) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib dedi: Dur namazı qıl! Peyğəmbər (salləllahu aleyhi və səlləm) də günəş zenit xəttini keçdikdə (səmanın ortasından günbatana meyl etdikdə) zöhr namazını qıldı. Sonra Əsr namazında yenə gəldi və dedi: Dur namazı qıl! Peyğəmbər (salləllahu aleyhi və səlləm) hər şeyin kölgəsi özü boyda olanda əsr namazını qıldı. Sonra Məğrib namazında gəlib dedi: Dur namazı qıl! Peyğəmbər (salləllahu aleyhi və səlləm) də günəş batanda Məğribi qıldı. Sonra İşa namazında gəldi və dedi: Dur namazı qıl! Peyğəmbər (salləllahu aleyhi və səlləm) İşanı şəfəq itəndə qıldı. Sonra Sübh namazında gəldi və dedi: Dur namazı qıl! Peyğəmbər (salləllahu aleyhi və səlləm) də dan yeri söküləndə Sübhü qıldı. Sonra səhərisi gün Zöhr vaxtında gəldi və dedi: Dur namazı qıl! Peyğəmbər (salləllahu aleyhi və səlləm) hər şeyin kölgəsi özü boyda olanda Zöhrü qıldı. Sonra Əsr namazında gəldi və dedi: Dur namazı qıl! Peyğəmbər (salləllahu aleyhi və səlləm) hər şeyin kölgəsi iki özü mislində olanda Əsri qıldı. Sonra Məğrib namazında gəldi və vaxtı dəyişmədən, dünənki vaxtda namazı qıldırdı. Sonra gecənin yarısı, yaxud üçdə biri keçdikdən sonra İşa namazında gəldi və Peyğəmbər (salləllahu aleyhi və səlləm) İşa namazını qıldı. Sonra hava işıqlaşdıqda dedi: Dur namazı qıl! Peyğəmbər (salləllahu aleyhi və səlləm) də Sübh namazını qıldı. Sonra Cəbrail (aleyhis-sələm) dedi: Bu iki vaxtın arasında bir vaxt (Yəni, hədisdən anlaşılır ki, hər bir namazın əvvəl, orta və son vaxtı mövcuddur. Yalnız məğrib namazı istisnadır. Bu namazın bir vaxtı var) da mövcuddur". (İmam Əhməd; ən-Nəsai; ət-Tirmizi). Beləliklə, bu hədisdən namazların vaxtları bəlli olur: 1. Zöhr: Vaxtı, günəş zeniti keçdikdən sonra hər şeyin kölgəsi özü boyda olana qədər davam edir. 2. Əsr: Vaxtı, hər şeyin kölgəsi özü boyda olandan günəş batana qədər davam edir. 3. Məğrib: Vaxtı, günəş batandan şəfəq itənə qədər davam edir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur ki: "Məğribin vaxtı şəfəq itənə qədərdir". (Muslim; Əbu Davud; ən-Nəsai). 4. İşa: Vaxtı, şəfəq itəndən gecə yarısına qədər davam edir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "İşa namazının vaxtı gecənin yarısına qədərdir". (Muslim; Əbu Davud; ən-Nəsai). 5. Sübh: Vaxtı, sübh vaxtından (dan yeri söküləndən) günəş çıxana qədər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sübh namazının vaxtı, sübh vaxtından (dan yeri söküləndən) günəş çıxmağa başlayana qədərdir". (Muslim; Əbu Davud; ən-Nəsai). Son.az