Anasiz qalmaq uşağin beyin funksiyalarini necə dəyişir?


Digərləri 10 İyn 2018 14:50:00 363 0

Anasiz qalmaq uşağin beyin funksiyalarini necə dəyişir?

Həyatın ilk dövrlərində qısa müddətlik də olsa, anasız qalmaq yeniyetməlik dövründə beyin funksiyalarına və qavrama qabiliyyətinə təsir edir. İndiana və Purdue Universiteti alimləri bununla bağlı araşdırma aparıb.

Son.az gencaile.az-a istinadən bildirir ki, alimlərin siçanlar üzərində tətbiq etdiyi araşdırma zamanı bəlli olub ki, həyatlarının ilk vaxtlarından analarından uzaq qalmaları onlarda travma yaradır. Heyvanların sonrakı dövrlərdə isə beyin funksiyalarının dəyişdiyi müşahidə edilib.

Araşdırmanın nəticəsi ilə bağlı yayımlanan məqalədə bildirilir ki, beyindəki bu dəyişikliklər şizofreniya kimi nevroloji xəstəliklər riski olan insanlarda rastlanan simptomlarla oxşardır.