Bakıda qadın küçədə bıçaqlandı


Digərləri 10 İyn 2018 14:26:00 261 0

Bakıda qadın küçədə bıçaqlandı

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Heydər Əliyev prospektində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Dilarə Quliyeva naməlum şəraitdə bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, oan tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin hansı şəraitdə və kim tərəfindən törədildiyi hələ ki məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb.