Özil və Gündoğan nümunəsi: Türkiyə hərəkətə keçdi


Dünya 10 İyn 2018 14:27:00 256 0

Özil və Gündoğan nümunəsi: Türkiyə hərəkətə keçdi

Türkiyə Futbol Federasiyası Almaniyada bir müddətdir davam edən etiraz dalğasının hədəfinə çevrilən türk əsilli futbolçular Məsud Özil və İlkay Gündoğan üçün hərəkətə keçib.

Son.az axar.az-a istinadən bildirir ki, milli komanda seçimində Türkiyə deyil, Almaniyanı seçən ulduzlara qarşı kəskin rəftarın gənc futbolçular üçün nümunə olacağını düşünən TFF uşaq futbolu koordinatoru Tolunay Qafqazı Berlinə göndərib.

Türk tərəfinin burada əsas məqsədi aşağı yaş qruplarında Almaniya millisində oynamış türk futbolçularının əsas milli komandaya cəlb olunması olacaq.