Tovuzda elektrik enerjisi təchizatında yaranmış fəsadlar aradan qaldırılıb


Digərləri 10 İyn 2018 14:06:00 259 0

Tovuzda elektrik enerjisi təchizatında yaranmış fəsadlar aradan qaldırılıb

Gecə saatlarında güclü külək nəticəsində Tovuz rayonunun mərkəzi və Qovlar qəsəbəsində elektrik enerjisi təchizatında fasilə yaradıb.

Son.az "Report"a istinadən bildirir ki, bunu "Azərişıq"ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, elektrik enerjisi təchizatında yaranan fəsadlar qurum əməkdaşları tərəfindən operativ şəkildə aradan qaldırılıb.

"Hazırda rayonun mərkəzi və bütün qəsəbə və kəndlərinin elektrik enerjisi təchizatı fasiləsiz tam təmin edilir", - deyə ASC rəsmisi bildirib.