Dmitri Nazarov yorulub


İdman 10 İyn 2018 13:31:00 331 0

Dmitri Nazarov yorulub

Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarov klubu Aue-nin təlim-məşq toplanışına gec qoşulacaq.

Goal.az saytı xəbər verir ki, Nazarov Almaniya mətbuatına açıqlamasında komanda yoldaşları istirahət etdiyi bir vaxtda yoldaşlıq görüşləri üçün millimizin düşərgəsində olduğunu deyib. İstirahətə yollanan 28 yaşlı orta sahə oyunçusu yorulduğunu etiraf edib:

“Mənə istirahət lazımdır. Baş məşqçidən əlavə vaxt istəyəcəm. Çünki mövsüm təkcə fiziki yox, həm də psixoloji cəhətdən yorucu keçdi. Bu il əvvəlki illə müqayisədə daha gərgin oldu. Yorucu uzun yollar qət etməli olduq və yenidən bərpa olmağa vaxt yox idi”.

Qeyd edək ki, Dmitri Nazarov millimizin toplanışı çərçivəsində Qırğızıstanla matçda 32, Qazaxıstanla qarşılaşmada 45 dəqiqə iştirak edib, Latviya ilə oyunu isə ehtiyatda keçirib.