Trampla görüşə gedən Kim Çen havada yolunu dəyişdi


Dünya 10 İyn 2018 13:10:00 265 0

Trampla görüşə gedən Kim Çen havada yolunu dəyişdi

Göyərtəsində Şimali Koreya lideri Kim Çenin Inın olduğu güman edilən "Air China" aviakompaniyasının təyyarəsi uçuş zamanı istiqamətini və reysin nömrəsini dəyişib.

Virtualaz.org xəbər verir ki, bu barədə Cənubi Koreyanın "Rönhap" agentliyi məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, "Boeing-747" layneri Pxenyandan CA122 marşrutu üzrə Pekinə yollansa da, havada ikən reysin nömrəsini CA61-ə dəyişərək Sinqapura yollanıb.

Təyyarədə Şimali Koreya liderinin olub-olmaması məlum deyil, ancaq Kim Çen Inın ABŞ prezidenti Donald Trampla görüşə bu şəkildə yollandığı dəqiqdir.