Dünya mediası bu FOTOdan danışır


Dünya 10 İyn 2018 12:48:00 244 0

Dünya mediası bu FOTOdan danışır

Kanadada keçirilən G-7 Liderlər Sammitinin ikinci günündə ABŞ prezidenti Donald Tramp ilə digər liderlər arasında baş verən gərginliyin fotoları dünya miqyasında müzakirələrə səbəb olub.

Son.az publika.az-a istinadən xəbər verir ki, Amerikanın "gömrük vergisi" qərarından sonra ölkənin prezidenti Yaponiya, Almaniya, Fransa, İngiltərə, Kanada və İtaliya liderləri ilə bir araya gəlib.

Toplantıya liderlər arasındakı gərginlik damğasını vurub. Görüşdə çəkilən bir foto dünya mediasında və sosial şəbəkələrdə geniş əks-səda doğurub.

ABŞ prezidenti ölkəsinin polad və aliminum idxalına gətirdiyi gömrük vergisinə qarşı addım atmağı planlaşdıran ölkələrə "qarşılıq verərlərsə, səhv edərlər" xəbərdarlığını edib.