Braziliyalı futbolçu Beşiktaş-ın prezidentini qəzəbləndirdi


İdman 10 İyn 2018 10:52:00 271 0

Braziliyalı futbolçu Beşiktaş-ın prezidentini qəzəbləndirdi

Beşiktaş-ın Cenk Tosunun boşluğunu doldurmaq üçün transfer olunan Vaqner Lav klubu çətin vəziyyətə qoyub. Goal.az xəbər verir ki, 33 yaşlı forvard ötən mövsümdən qalan 700 min avro borc üçün FİFA-ya şikayət edib. Lavın "qara qartallar"la hələ 2 illik müqaviləsi var. Futbolçunun bu hərəkəti Beşiktaş prezidenti Fikret Ormanın hiddətinə səbəb olub. "Habertürk"ün yazdığına görə məsələdən xəbər tutan Orman : "Biz onu bütün təzyiqlərə rəğmən dəstəklədik. Bizə nə fayda verdi ki, şikayət də edir? Zaman-zaman məvaciblərdə yubanma olur, amma ödəmələr edilir. Bundan sonra klubda qala bilməz. Lazım gəlsə, borc müqabilində pulsuz göndərərik" - deyib.

Qeyd edək ki, məvacibinin gecikdirilməsindən narazı qalan digər legioner Qari Medel olub. O, vəkili vasitəsilə rəhbərlikdən ödəniş etməyi istəyib. Vəziyyətin gərginləşməməsi üçün çilili futbolçunun tələbi yerinə gətirilib.