G7 liderlərindən Rusiyaya çağırış


Dünya 10 İyn 2018 10:25:00 258 0

G7 liderlərindən Rusiyaya çağırış

G7 liderləri Rusiyanı sabitliyi pozan hərəkətlərə son qoymağa çağırıblar və Moskvanı cavab tədbirləri görəcəkləri ilə hədələyiblər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə qrupun Kanadada keçirilən sammitinin yekun kommünikesində qeyd olunub.

"Biz Rusiyanı sabitliyi pozan davranışları, demokratik sistemləri pozmağı və Suriya rejimini dəstəkləməyi dayandırmağa çağırırıq", - deyə sənəddə bildirilir.