BakıQuba yolunda ölüm


Digərləri 10 İyn 2018 10:16:00 246 0

BakıQuba yolunda ölüm

Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az-ın report-a istinadən məlumatına görə, hadisə magistral yolun Abşeron rayonuna düşən hissəsində, "pəhləvanların obyekti" kimi tanınan ərazidə olub.

Təxminən 30-35 yaşlarında olan kişi Bakı-Quba yolunu keçmək istəyərkən qarşı tərəfdən sürətlə gələn avtomobil tərəfindən vurulub. O, elə hadisə yerində dünyasını dəyişib. Hazırda həmin kişinin şəxsiyyəti müəyyənləşdirilir.

Şahidlərin sözlərinə görə, dünyasını dəyişən şəxs Saray qəsəbəsi ərazisində "Pəhləvanların obyekti"ndən çıxaraq magistral yolu keçmək istəyib və bu zaman onu maşın vurub.

Faktla bağlı araşdırma aparılır.