Nikaraquada etiraz aksiyaları zamanı daha bir nəfər ölüb


Dünya 10 İyn 2018 09:56:28 234 0

Nikaraquada etiraz aksiyaları zamanı daha bir nəfər ölüb

Daha 5 nəfər xəsarət alıb

Şənbə günü Nikaraquanın Masaya şəhərinin mərkəzi parkı yaxınlığında polisin nümayişçilərə hücumu nəticəsində azı 1 nəfər ölüb, 5-i isə xəsarət alıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Prensa" portalı yazıb.

Nəşrin məlumatına görə, 60 yaşlı şəxs sinəsindən aldığı güllə yarasından ölüb. Şahidlər kişinin snayper tərəfindən vurulduğunu bildirirlər. Bu, Masayada hökumət əleyhinə keçirilən etirazlar zamanı 12-ci ölüm halıdır.

Nikaraquada etiraz aksiyaları aprelin 18-dən hökumətin apardığı islahatlar fonunda davam edir.