G7 ölkələri yekun kommunikeni razılaşdırıblar


Dünya 10 İyn 2018 09:58:00 264 0

G7 ölkələri yekun kommunikeni razılaşdırıblar

G7 ölkələri sammitin yekun kommunikesini razılaşdırıblar.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Castin Trüdo bildirib.  

"Məmnuniyyətlə bildirirəm ki, yeddi ölkə tərəfindən razılaşdırılmış yekun kommunike tərəfimizdən qəbul edilib", -deyə Trüdo Kvebek sammitinin yekunlarını şərh edərkən bildirib.

Kanadanın baş naziri Kvebek görüşünü uğurlu adlandırıb. Onun sözlərinə görə, G-7 ölkələri böhranlı ölkələrdə qadınların təhsilinə 4 mlrd. dollaradək vəsaitin ayrılmasına dair razılığa gəliblər.