Azərbaycan daha çox ölkəyə meyvətərəvəz satacaq


Digərləri 10 İyn 2018 09:09:00 269 0

Azərbaycan daha çox ölkəyə meyvətərəvəz satacaq

Azərbaycanda meyvə-tərəvəz məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi üzrə işlər aparılır.

Son.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası sədrinin müavini Jalə Əmirbəyova deyib.

Onun sözlərinə görə, bu gün əsas ixrac bazarları Rusiya və digər MDB ölkələridir. Avropa və ərəb ölkələrinə gəlincə, J.Əmirbəyova qeyd edib ki, bu ölkələrə məhsul ixracı sertifikatlaşdırma ilə bağlı çətinliklər səbəbindən məhdudlaşdırılıb:

"Bu gün bizim üçün əsas ixrac istiqaməti Rusiya bazarıdır. Azərbaycan, həmçinin digər MDB ölkələrinə, əsasən, şimalda yerləşən ölkələrə məhsul ixrac edir. Avropa və ərəb ölkələrinə ixrac həcmi böyük deyil, çünki burada sertifikatlaşdırma problemi mövcuddur. Sertifikatlar çox bahadır - 20-30 min avrodan başlayır və onları hər məhsul üçün ayrı-ayrılıqda almaq lazımdır".