Pakistanda yük qatarı relsdən çıxıb


Dünya 09 İyn 2018 23:10:23 335 0

Pakistanda yük qatarı relsdən çıxıb

Qatarların hərəkətində problem yaranıb

Pakistanın Sind əyalətinin Sukkur şəhəri yaxınlığında yük qatarının 20 vaqonu relsdən çıxıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Qəza nəticəsində qatarların hərəkətində problem yaranıb, hadisə yerində xilasetmə xidmətləri işləyir.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.