Xəstəliklərin müalicəsində musiqinin


Digərləri 09 İyn 2018 22:10:00 254 0

Xəstəliklərin müalicəsində musiqinin

Bəzən musiqi həyatın hər dövründə və hər sahəsində insanı əhatə edən ən yaxın dostuna çevrilir. Ruhun qidası kimi dəyərləndirilən musiqini hər kəs zövqünə və dinləmə tərzinə görə seçir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, musiqinin səhhətə təsiri hələ qədimdən məlum idi. Elə buna görə də antik dövrün təbibləri Hippokrat və Pifaqor öz xəstələrinə musiqi ilə müalicə təyin edirdilər, Qalen isə musiqini ürəyin işinin normallaşmasına və arterial təzyiqin aşağı salınmasına kömək etdiyini müəyyənləşdirib.

Hazırda musiqi ilə müalicə geniş vüsət alıb və bu sahədə tədqiqat aparan elmi mərkəzlər və tibb müəssisələri fəaliyyət göstərir. Musiqi estetik zövqü və düşüncəni inkişaf etdirir, diqqəti və sevgini artırır, insanın mədəni dünyasını zənginləşdirir, mərhəmət duyğusu aşılayır. Dünyanın bəzi tanınmış klinikalarında xüsusən ağır reanimasiya xəstələrinə musiqi ilə müalicə kursu tətbiq edilir. Həmin müəssisələrdə psixiatrlarla bərabər musiqiçilər də işləyir. Beyinə və ürəyə rahatlıq gətirdiyinə görə müalicə vasitəsi kimi daha çox klassik musiqidən istifadə edilir. Psixiatriyada nevrozdan başlayaraq şizofreniyanın bəzi formalarına qədər müxtəlif xəstəliklərin müalicəsində musiqi terapiyası müsbət nəticə verir. Ruhi sarsıntılar zamanı da musiqi ilə müalicəyə üstünlük verilir, lakin hər musiqi müalicə etmək gücünə malik deyil. Elə musiqilər var ki, onlar sakit və səbirli insanları da özündən çıxara, əsəbiləşdirə bilər. Belə bayağı musiqilər xüsusən gənclərin aqressivləşməsinə səbəb olur. Könül oxşayan musiqi isə qanın keyfiyyətinin yüksəlməsinə müsbət təsir göstərir, qanda milfositlərin sayını artırır, orqanizmin fəaliyyətini yaxşılaşdırır.

Musiqi dinləyən körpələr yaxşı qidalanır, xəstəliklərə daha az tutulurlar. Musiqinin verdiyi xoşagələn emosiyalar baş-beyin qabığının tonusunu yüksəldir, maddələr mübadiləsini yaxşılaşdırır, tənəffüsü, qan dövranını stimullaşdırır, diqqəti artırır. Müxtəlif çalğı alətlərinin səsi də orqanizmə müsbət təsir göstərir. Skripka və fortepiano əsəbləri daha yaxşı sakitləşdirir. Fleyta və violençelin səsindən insan rahatlıq tapır, ürəyin ritmi düzəlir. Qaboy və klarnet isə qaraciyərin funksiyasını fəallaşdırır.