Azərbaycanlı güləşçi erməni və rus idmançılarına qalib gələrək finala yüksəlib


Digərləri 09 İyn 2018 22:06:00 215 0

Azərbaycanlı güləşçi erməni və rus idmançılarına qalib gələrək finala yüksəlib

Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Bakı. Türkiyənin İstanbul şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir. Trend-ə Azərbaycan Güləş Federasiyasından verilən məlumata əsasən, altıncı yarış günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcələrində sərbəst güləşçilər mübarizəyə qoşulub. 61 kq-da mübarizə aparan Elçin Vəliyev Rumıniya idmançısına qalib gəlsə də yarımfinalda Moldova təmsilçisinə uduzub. Bürünc medal görüşünə haqq qazanan Eçinin həlledici görüşdə rəqibi Türkiyə idmançısı olacaq. 92 kq-da yarışan Şamil Zubairov isə ardıcıl olaraq Rusiya və Ermənistan təmsilçilərinə qalib gəlib və finala yüksəlib. Qızıl medal uğrunda görüşdə güləşçimizin rəqibi Gürcüstan idmançısı olacaq. Final görüşləri Bakı vaxtı ilə 10 iyun saat 19:30-da başlayacaq. 61 kq Bürünc medal görüşü - Ertuğrul Kahveci (TUR) - Elçin Vəliyev 1/2 final - Elçin Vəliyev - Vitalie Bunici (MDA) 5:7