Ordumuz bir sıra strateji yüksəklikləri işğaldan azad etdi VİDEO


Digərləri 09 İyn 2018 21:24:00 310 0

Ordumuz bir sıra strateji yüksəklikləri işğaldan azad etdi  VİDEO

Naxçıvanda 11 min hektardan artıq ərazi işğaldan azad edilərək, Ordumuzun nəzarəti altına keçib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilən Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Azərbaycan Ordusunun nəzarəti altına keçib. Bu barədə Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, bu il may ayının son günlərində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib.

Ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alınıb. Bunun da 8 min hektardan artığı əkin üçün yararlı ərazilərdir.

Ehtiyatda olan polkovnik Kamal Hüseynov deyir ki, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna Ordumuzun nəzarət etməsinə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 km. yeni yol çəkilib, 50 km-dən artıq yararsız yollar bərpa edilib.


Xəbərə aid video